Uşakov: Uittkoff və Kuşnerlə görüşlərin tarixi hələ razılaşdırılmayıb
Kreml ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə təmasların vacibliyini anlayır, lakin görüşlərin keçiriləcəyi tarixlər hələ razılaşdırılmayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. O bildirib ki, tərəflər arasında əlaqələrin davam etdirilməsinə maraq var və gələcək təmaslarla bağlı hazırlıq işləri aparılır.
Uşakovun sözlərinə görə, görüşlərin vaxtı və formatı ilə bağlı yekun qərar hələ qəbul edilməyib.
13:40 23.06.2026
Oxunuş sayı: 47