Ukrayna Belarus qarşısında tələb irəli sürdü: Son tarix 25 iyundur
Ukrayna Prezidenti Volodimir Zelenski Belarus rəhbəri Aleksandr Lukaşenkoya müraciət edərək, ölkə ərazisində yerləşən bütün rabitə qüllələrinin Rusiyanın pilotsuz uçuş aparatlarının fəaliyyətinə xidmət etməsinin dayandırılmasını tələb edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, Ukrayna tərəfi bu tələbin yerinə yetirilməsi üçün 25 iyun 2026-cı il tarixini son müddət kimi müəyyənləşdirib. Bildirilir ki, əgər Belarus bu addımı atmasa, Ukrayna həmin rabitə qüllələrini və digər hərbi əhəmiyyət daşıyan obyektləri hədəfə ala bilər.
İddialara əsasən, Rusiya bir neçə dəfə Belarusun mobil rabitə infrastrukturundan istifadə edərək dronlarını Ukraynanın şimal sərhədi istiqamətində idarə edib.
Bununla yanaşı, bəzi rusiyalı hərbi bloqerlər ötən gecə Belarusun Rusiya siqnallarını bloklamağa başladığını iddia ediblər. Lakin bu məlumat hələlik Ukrayna tərəfi və digər rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.
13:17 23.06.2026
Oxunuş sayı: 55