İranda edamlarla bağlı yeni hesabat yayımlandı
İranda siyasi motivli ittihamlarla edamların sayının artdığı iddia olunur.
Crossmedia.az “The Wall Street Journal” (WSJ) insan haqları təşkilatlarının hesabatlarına əsaslanaraq bildirib ki, son həftələrdə döyüş əməliyyatlarının intensivliyinin azalması və atəşkəs danışıqlarının başlamasından sonra rejim əleyhdarlarına qarşı ölüm hökmlərinin icrası artıb.
Məlumata görə, ilin əvvəlindən etibarən İranda siyasi motivli səbəblərlə ən azı 45 nəfərin edam edildiyi qeyd olunur. Bildirilir ki, hazırda müxalif şəxslərə qarşı əsasən casusluq fəaliyyəti ilə bağlı ittihamlar irəli sürülür.
İnsan haqları fəalları qeyd edirlər ki, İran hakimiyyəti hərbi gərginlik dövründə də dissidentlərin həbsi və edamlarını dayandırmayıb. WSJ isə bu vəziyyətin yanvar etirazlarında iştirak etdiyinə görə həbsdə olan minlərlə insanın taleyi ilə bağlı narahatlıq yaratdığını yazıb
12:35 23.06.2026
Oxunuş sayı: 50