Ermənistan müxalifətinin liderlərindən İşxan Saqatelyanın evində axtarış keçirilir
Hüquq-mühafizə orqanları Ermənistan parlamentinin deputatı, Erməni İnqilabi Federasiyasının (“Daşnaksutyun” partiyası) liderlərindən biri İşxan Saqatelyanın mənzilində axtarış aparır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İstintaq hərəkətlərinin təfərrüatları barədə hələlik rəsmi məlumat verilmir.
11:45 23.06.2026
Oxunuş sayı: 47