Polşada Ukrayna ilə münasibətlərdə yeni gərginlik
Polşada bəzi siyasətçilərin Ukraynaya aid dövlət mükafatlarını geri qaytarmağa başladığı bildirilir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Polşa Senatının vitse-spikeri Mixail Kaminski Ukraynaya məxsus iki dövlət mükafatını geri təqdim edib.
O bildirib ki, bu qərarı təəssüflə qəbul edir, lakin Polşa ilə Ukrayna arasında tərəfdaşlığın həqiqətə, qurbanlara hörmətə və qarşılıqlı dürüstlüyə əsaslanmalı olduğunu düşünür.
11:10 23.06.2026
Oxunuş sayı: 58