Krıma kütləvi PUA hücumu: strateji obyektlər vuruldu
Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının ilhaq edilmiş Krım ərazisinə hücum etdiyi bildirilir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hücumun hədəflərindən biri neft məhsullarının saxlanılması və ötürülməsi ilə məşğul olan “TES-Terminal” kompleksi olub. Məlumata görə, Kərç limanında yerləşən neft bazasında yanğın baş verib.
Bundan başqa, Arabat Oxu (Arabat Spit) istiqamətinin və “Kavkaz” limanının da yenidən hücuma məruz qaldığı qeyd olunur. Hadisənin nəticələri və mümkün zərər barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
10:40 23.06.2026
Oxunuş sayı: 52