İran və ABŞ əməkdaşlıq üçün yeni mexanizm qurdu
İran və ABŞ arasında keçirilən danışıqlardan sonra dörd işçi qrupunun yaradıldığı açıqlanıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, işçi qrupları tərəflər arasında əsas mübahisə mövzularının həlli və gələcək əməkdaşlıq mexanizmlərinin hazırlanması üçün fəaliyyət göstərəcək.
Qruplar sanksiyaların ləğvi, nüvə proqramının tənzimlənməsi, ölkənin bərpası və iqtisadi inkişafı, eləcə də monitorinq məsələləri üzrə çalışacaqlar.
Bildirilib ki, yaradılan mexanizmlər tərəflər arasında əldə olunmuş ilkin razılaşmaların həyata keçirilməsinə və danışıqlar prosesinin davamlılığının təmin edilməsinə xidmət edəcək.
10:20 23.06.2026
Oxunuş sayı: 57