Ermənistanda iki keşiş Rusiyaya buraxılmadı: hava limanında geri qaytarıldılar
Ermənistan Apostol Kilsəsinin (AAX) iki keşişinə Rusiyaya səfər etməyə qadağa qoyulub.
Crossmedia.az xəbər verir ki, məlumatı jurnalist Susanna Badalyan sosial şəbəkələrdə yayıb.
Erməni mediasının məlumatına görə, keşişlərdən biri hərbi təlimlərə göndərilib. Onlar İrəvandakı “Zvartnots” hava limanında saxlanılaraq geri qaytarılıblar.
09:10 23.06.2026
Oxunuş sayı: 52