Messidən tarixi göstərici: Dünya çempionatlarının kralı oldu
Argentina millisinin ulduzu Lionel Messi dünya çempionatlarında 17-ci qolunu vuraraq turnir tarixinin ən yaxşı bombardiri olub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Messi bu göstərici ilə alman futbolçu Miroslav Klosenun rekordunu geridə qoyub.
Beləliklə, argentinalı futbolçu dünya çempionatları tarixində ən çox qol vuran oyunçu kimi tarixə düşüb.
23:37 22.06.2026
Oxunuş sayı: 55