Polşalı deputatı: Ukrayna Aİ və NATO-ya tarix mövzularına görə uyğun deyil
Polşa parlamentinin üzvü Mixal Moskal Ukraynanın siyasi kursunda UPA və Stepan Bandera ilə bağlı yanaşmanın dəyişmədiyi təqdirdə ölkənin Avropa İttifaqı və NATO-ya üzvlüyünün mümkün olmadığını bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, Polşanın Ukrayna ilə mütləq dostluq münasibətləri qurmaq öhdəliyi yoxdur.
"Onlar UPA tarixini və Bandera ilə bağlı yanaşmanı öz dərsliklərindən və siyasi ideologiyalarından çıxarmalıdırlar. Bunları dövlətçiliklərinin təməli kimi təqdim etməməlidirlər. Biz bununla sadəcə razılaşa bilmərik", - Moskal bildirib.
22:45 22.06.2026
Oxunuş sayı: 56