Qazaxıstan Prezidenti Brüsselə səfər edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev rəsmi səfərlə Belçikanın paytaxtı Brüsselə gəlib.
Crossmedia.az TASS-a istinadən bildirir ki, Sşsəfər çərçivəsində sabah onun Avropa İttifaqı Şurasının sədri Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə Avropa Şurasının qərargahında görüşü keçiriləcək.
Görüş zamanı tərəflər arasında bir sıra məsələlərin müzakirə olunacağı, danışıqların yekununda isə birgə sənədlərin imzalanmasının planlaşdırıldığı bildirilir.
22:30 22.06.2026
Oxunuş sayı: 54