Təhsil mərkəzində yanğın: ölənlər var
Hindistanda təhsil mərkəzlərindən birində baş verən genişmiqyaslı yanğın nəticəsində azı 14 nəfər həyatını itirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, alov qısa müddətdə bina boyunca yayılıb və insanların çıxış yollarını bağlayıb. Bu səbəbdən bir çox şəxs binanı vaxtında tərk edə bilməyib.
Hazırda hadisə yerində fövqəladə xidmətlər fəaliyyət göstərir. Yanğının başvermə səbəblərinin araşdırılmasına başlanılıb, həmçinin obyektin yanğın təhlükəsizliyi normalarına əməl edib-etmədiyi yoxlanılır.
22:18 22.06.2026
Oxunuş sayı: 53