Qarabağ və Şərqi Zəngəzurdakı bərpa işlərinə Türkmənistanın dəstəyi yüksək qiymətləndirilib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Türkmənistanın sənaye və tikinti istehsalı naziri Toyqulı Nurov ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumat Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin "X" sosial şəbəkə hesabında yayılıb.
Görüş zamanı Azərbaycan və Türkmənistan arasında mövcud olan qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin, eləcə də şəhərsalma və tikinti sahələrində əməkdaşlığın inkişaf məsələləri müzakirə olunub:
"Həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa və yenidənqurma işlərinə Türkmənistanın göstərdiyi dəstək yüksək qiymətləndirilib. Füzuli şəhərində inşa edilən məscidin xalqlarımız arasında dostluğun, qardaşlığın və ortaq mənəvi dəyərlərin növbəti təzahürü olduğu vurğulanıb".
21:49 22.06.2026
Oxunuş sayı: 52