Montrealdə silahlı hücum: yaralılar var
Kanadanın Montreal şəhərində silahlı hücum baş verib, ərazi polis tərəfindən mühasirəyə alınıb və xüsusi əməliyyat davam edir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hadisə şəhərin yəhudi məhəlləsində qeydə alınıb. İlkin məlumatlara görə, yaralananlar var, onların arasında polis əməkdaşı da olduğu bildirilir.
Hücum edənlərdən biri zərərsizləşdirilib, lakin hüquq-mühafizə orqanları bölgədə ola biləcək digər şübhəlilərin axtarışını davam etdirir. Eyni zamanda, girovların götürülməsi ehtimalı ilə bağlı məlumatlar da yayılıb.
Hadisə yerinə əlavə polis qüvvələri və təcili yardım xidmətləri cəlb olunub, əməliyyat davam edir.
21:38 22.06.2026
Oxunuş sayı: 45