İsrail müdafiə naziri ordunun tam sərbəst hərəkət edəcəyini açıqladı
İsrailin müdafiə naziri İsrael Katz bəyan edib ki, ölkə ordusu hər hansı təhlükəyə qarşı tam sərbəst şəkildə hərəkət edir və Livan ərazisində terror infrastrukturlarının məhv edilməsini davam etdirəcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazir qeyd edib ki, təhlükəsizlik təhdidlərinə qarşı əməliyyatlar fasiləsiz şəkildə həyata keçirilir və ordunun fəaliyyətində heç bir məhdudiyyət yoxdur.
Bəyanatda həmçinin Livandakı hədəflərə yönəlmiş əməliyyatların davam etdiriləcəyi vurğulanıb.
21:30 22.06.2026
Oxunuş sayı: 55