Ərdoğan ilə Pezeşkian ABŞ-İran razılaşmasını müzakirə ediblər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Danışıq zamanı tərəflər ikitərəfli münasibətləri, eləcə də aktual regional və beynəlxalq məsələləri müzakirə ediblər. Ərdoğan ABŞ və İran arasında əldə olunan razılaşmanı alqışlayaraq, Ankaranın bu prosesin sülh yolu ilə həyata keçirilməsinə dəstək verməyə hazır olduğunu bildirib. O, həmçinin danışıqlar prosesini poza biləcək mümkün cəhdlərə qarşı diqqətli olunmasının vacibliyini vurğulayıb.
Türkiyə lideri regionda sülhün möhkəmləndirilməsinin əhəmiyyətini qeyd edib və Ankaranın Tehranla ticarət, maliyyə və enerji sahələrində əməkdaşlığın genişləndirilməsini davam etdirmək niyyətini təsdiqləyib.
21:03 22.06.2026
Oxunuş sayı: 65