Rusiyanın ən böyük şirkətlərindən biri ağır zərbə aldı
Rusiyanın enerji şirkəti Qazprom-un səhmləri son 17 ilin ən aşağı göstəricisini qeydə alıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Birja ticarəti zamanı şirkətin səhmlərinin dəyəri kəskin ucuzlaşaraq uzun illərin minimum səviyyəsinə enib. Mütəxəssislər bunu enerji bazarındakı dəyişikliklər, ixrac gəlirlərinin azalması və şirkətin maliyyə vəziyyəti ilə əlaqələndirirlər.
Qeyd olunur ki, Qazpromun səhmləri sonuncu dəfə təxminən 17 il əvvəl bu qədər aşağı qiymətlə ticarət olunub.
20:06 22.06.2026
Oxunuş sayı: 50