Rusiyada onlayn benzin satışı niyə qadağan edildi?
Rusiyada internet platformalarında benzin satışı ilə bağlı elanların yerləşdirilməsi qadağan olunub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Yeni qaydalara əsasən, yanacağın satışı barədə elanlar artıq məşhur onlayn platformalarda dərc edilə bilməyəcək.
Məlumata görə, Avito benzin satışı ilə bağlı elanları müvəqqəti olaraq gizlədib və xidmət daxilində müvafiq qaydaların yenilənməsi üzərində işləyir.
Eyni zamanda, Ozon və Wildberries platformalarında yanacaq məhsullarının yerləşdirilməsi tamamilə qadağan edilib. Belə elanlar moderasiya mərhələsində bloklanır və yayımlanmır.
Qərarın yanacaq dövriyyəsinə nəzarətin gücləndirilməsi məqsədilə qəbul edildiyi bildirilir.
19:42 22.06.2026
Oxunuş sayı: 43