Faşizm cinayətləri barədə yeni müzey açıldı
Moskvada Xatirə Muzeyi fəaliyyətə başlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Rusiyada ilk dəfə olaraq yaradılan bu elmi, maarifləndirici və ictimai mərkəz İkinci Dünya müharibəsi illərində faşistlərin mülki əhaliyə qarşı törətdiyi cinayətlərin araşdırılması və xatirəsinin yaşadılmasına həsr olunub.
Muzey həm elmi tədqiqat, həm də maarifləndirmə məqsədi daşıyır və müharibə dövrünün faciəli hadisələrinin ictimaiyyətə çatdırılmasını hədəfləyir.
Layihənin video və foto materialları TASS-ın əməkdaşları tərəfindən hazırlanıb.
19:24 22.06.2026
Oxunuş sayı: 55