Almaniya Litvada hərbi kontingentini genişləndirir
Almaniya NATO-nun şərq cinahının müdafiəsini gücləndirmək məqsədilə Litvada hərbi qüvvələrinin yerləşdirilməsini davam etdirir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Almaniya 2027-ci ilin sonunadək Belarusla sərhəd bölgəsində yerləşən Litvada daimi əsasda təxminən 5 min hərbçinin xidmət keçməsini planlaşdırır.
Hazırda isə ölkənin 1 800-ə yaxın hərbçisi artıq Litvada dislokasiya olunub.
Qeyd edək ki, bu addım NATO-nun şərq sərhədlərində təhlükəsizliyin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin bir hissəsi hesab olunur.
18:25 22.06.2026
Oxunuş sayı: 49