Putin və Lukaşenko yaxın vaxtlarda görüşəcək
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Böyük Britaniya, Belarus və Ukrayna ilə bağlı bir sıra açıqlamalar verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Peskov bildirib ki, Birləşmiş Krallığın Baş naziri Kir Starmer Rusiya-Böyük Britaniya münasibətlərinin inkişafı baxımından özünü heç bir şəkildə sübut etməyib və hər zaman bu münasibətlərin minimum səviyyədə saxlanılmasının tərəfdarı olub.
Mətbuat katibi həmçinin Volodimir Zelenskinin Belarusa yönəlik bəyanatlarını tamamilə aqressiv adlandırıb. Onun sözlərinə görə, bu cür açıqlamalar başqa bir dövlətin daxili işlərinə müdaxilə və onun suverenliyinə qəsd kimi qiymətləndirilə bilər.
Peskov vurğulayıb ki, Moskvanın Belarus rəhbərliyinin ölkənin suverenliyini qorumaq qabiliyyətinə dair heç bir şübhəsi yoxdur.
O, həmçinin yaxın vaxtlarda Vladimir Putin ilə Aleksandr Lukaşenko arasında görüşün planlaşdırıldığını açıqlayıb. Peskovun sözlərinə görə, görüş zamanı Zelenskinin Belarusa qarşı təhdidləri və digər aktual məsələlərin müzakirəsi üçün yaxşı imkan yaranacaq.
17:46 22.06.2026
Oxunuş sayı: 39