Krımda yanacaq təchizatının yaxşılaşdırılması istiqamətində işlər aparılır
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Krımda yanacaq təminatı ilə bağlı vəziyyətə münasibət bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Peskovun sözlərinə görə, hakimiyyət əhalinin yanacaq təchizatını yaxşılaşdırmaq üçün zəruri tədbirlər görür və bu istiqamətdə işlər davam etdirilir.
Kreml nümayəndəsi həmçinin qeyd edib ki, hakimiyyət Kiyev rejiminin barbar hərəkətləri adlandırdığı fəaliyyətlərin nəticələrini minimuma endirməyə çalışır. Onun sözlərinə görə, aidiyyəti qurumlar yaranmış vəziyyətin aradan qaldırılması və regionun fasiləsiz yanacaqla təmin olunması üçün fəaliyyət göstərirlər.
17:38 22.06.2026
Oxunuş sayı: 39