İran və ABŞ 60 günlük yol xəritəsi üzrə razılığa gəlib
İran və ABŞ nümayəndələri İsveçrənin Bürgenştok şəhərində keçirilən danışıqların birinci mərhələsini başa çatdırıblar.
Crossmedia.az Tasnim agentliyinə istinadən xəbər verir ki, Qətər və Pakistanın birgə bəyanatına istinadla yaydığı məlumata görə, danışıqlar “konstruktiv” atmosferdə keçib və nəticələr həvəsləndirici irəliləyiş kimi qiymətləndirilib.
Bildirilib ki, tərəflər siyasi nəzarəti həyata keçirəcək yüksək səviyyəli komitənin yaradılması barədə razılığa gəliblər. Həmin komitənin nüvə proqramı, sanksiyalar, monitorinq və mübahisələrin həlli üzrə işçi qruplarının fəaliyyətinə nəzarət edəcəyi qeyd olunur.
Məlumata əsasən, tərəflər 60 gün ərzində yekun razılaşmanın əldə olunması üçün yol xəritəsi üzərində də anlaşma əldə ediblər. Qərarın texniki danışıqların dərhal başlamasına şərait yaratdığı bildirilir.
15:49 22.06.2026
Oxunuş sayı: 43