İran–ABŞ danışıqları ilə bağlı yeni açıqlama: Əraqçı razılaşma detallarını açıqlayıb
İranın xarici işlər naziri Abbas Əraqçı İsveçrənin Lyusern şəhərində keçirilən İran–ABŞ danışıqlarının nəticələri barədə açıqlama verib.
Crossmedia.az xarici mənbələrə istinadən xəbər verir ki, Əraqçı Pakistan və Qətərin vasitəçilik səylərinin danışıqlarda mühüm rol oynadığını bildirib.
Nazir qeyd edib ki, əldə olunan razılaşmalar çərçivəsində İranın neft və neft-kimya məhsullarının ixracına tətbiq edilən bəzi məhdudiyyətlərin yumşaldılması, dəniz blokadasının aradan qaldırılması və dondurulmuş aktivlərin bir hissəsinin istifadəyə verilməsi ilə bağlı razılaşmalar əldə olunub.
Əraqçının sözlərinə görə, razılaşmaların icrasının ilk mərhələsi Livandakı vəziyyətlə bağlı mexanizmin işləkliyinin yoxlanılması olacaq.
Rəsmi tərəflərdən mövzu ilə bağlı əlavə təsdiqləmə hələlik verilməyib.
15:10 22.06.2026
Oxunuş sayı: 53