ABŞ–İran danışıqlarından pərdəarxası görüntülər yayılıb
ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqlarla bağlı pərdəarxası görüntülər ictimaiyyətə təqdim olunub.
Crossmedia.az xarici mənbələrə istinadən xəbər verir ki, Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al-Tani “X” hesabında ABŞ-nin vitse-prezidenti Cey Di Vens və prezident Donald Trampın kürəkəni Cared Kuşnerin yer aldığı foto paylaşıb.
Paylaşımda onların İsveçrənin Lyusern şəhərində aparılan danışıqlar çərçivəsində müzakirə olunan saziş layihəsi üzərində işlədikləri qeyd edilib.
14:58 22.06.2026
Oxunuş sayı: 45