Sibiqa: Heç bir ölkənin prezidenti bizə tariximizi diktə edə bilməz
Ukraynanın xarici işlər naziri Andriy Sibiqa ölkə prezidentinə, əsgərlərinə və xalqına qarşı hörmətsizliyə dözməyəcəklərini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Insider UA" məlumat verib.
Sibiqa heç bir xarici dövlət başçısının Ukraynaya öz tarixini diktə edə bilməyəcəyini vurğulayıb.
"Heç bir başqa dövlətin prezidenti bundan sonra bizə tariximizi diktə etməyəcək. Ukrayna prezidentinə qarşı hörmətsizlik təkcə ordenlərlə bağlı məsələ deyil. Bu, Ukrayna əsgərinə və Ukrayna xalqına qarşı hörmətsizlikdir. Biz buna dözməyəcəyik", - deyə nazir bildirib.
Sibiqa açıqlamasında konkret hansı ölkə və ya siyasətçini nəzərdə tutduğunu qeyd etməyib.
14:10 22.06.2026
Oxunuş sayı: 41