Hindistanda zavodda ammonyak sızdı: 5 nəfər ölü, onlarla yaralı
Hindistanın cənubunda yerləşən zavodların birində baş verən ammonyak sızması faciəyə səbəb olub.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində azı 5 nəfər həyatını itirib, 67 işçi isə ağır xəsarətlər alıb. Yaralılardan bəzilərinin vəziyyətinin kritik olduğu və süni tənəffüs aparatına qoşulduğu bildirilir.
İlkin məlumata görə, qaz sızması texniki təhlükəsizlik qaydalarının pozulması səbəbindən baş verə bilər.
13:49 22.06.2026
Oxunuş sayı: 49