Rusiya Qara dənizdə Türkiyəyə məxsus gəmini vurdu
Rusiya Qara dənizdə Türkiyəyə məxsus yük gəmisini pilotsuz uçuş aparatı ilə vurub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ukrayna Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, hücum nəticəsində “VICTRESS” adlı quru yük gəmisində genişmiqyaslı yanğın baş verib, ölənlərin olduğu bildirilir.
Qeyd olunub ki, gəmi türkiyəli sahibkara məxsusdur və Panama bayrağı altında üzür.
Gəmidə olan doqquz nəfərlik ekipaj Ukrayna donanmasının qüvvələri tərəfindən təxliyə edilib. Ekipaj üzvlərinin Misir, Türkiyə və Hindistan vətəndaşları olduğu bildirilib.
11:10 22.06.2026
Oxunuş sayı: 45