Trampdan İrana xəbərdarlıq: Hizbullah dayandırılmasa, daha sərt zərbələr olacaq
ABŞ Prezidenti Donald Tramp İrana yeni xəbərdarlıq ünvanlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Tramp bildirib ki, Tehran Livanda fəaliyyət göstərən Hizbullahı dəstəkləməyə son qoymalıdır. Onun sözlərinə görə, bu qruplaşma regionda gərginliyin artmasına səbəb olur.
O qeyd edib ki, İranın dəstəklədiyi silahlı qruplar fəaliyyətini davam etdirərsə, Vaşinqton daha sərt addımlar atacaq.
Tramp əlavə edib ki, ABŞ bundan əvvəl də müəyyən zərbələr endirib və lazım gələrsə, daha güclü cavab veriləcək.
23:40 21.06.2026
Oxunuş sayı: 69