İran nümayəndə heyəti Trampın açıqlamalarına etiraz edərək danışıqları tərk edib
İran və ABŞ arasında aparılan danışıqlarla bağlı yeni gərginlik yaranıb.
Crossmedia.az xarici mənbələrə istinadən xəbər verir ki, danışıqlar qrupuna yaxın mənbə İran nümayəndə heyətinin ABŞ prezidenti Donald Trampın təhdidlərinə etiraz olaraq danışıqlar masasını tərk etdiyini bildirib.
Məlumata görə, İran tərəfi Vaşinqtondan imzalanmış Anlaşma Memorandumunun qarşılıqlı təhdidlərin yolverilməzliyini nəzərdə tutan birinci bəndinə əməl etməsini tələb edir.
Trampın açıqlamalarından sonra İran nümayəndə heyətinin danışıqlar zalına geri qayıdıb-qayıtmayacağı hələlik məlum deyil.
21:32 21.06.2026
Oxunuş sayı: 78