Çindən ABŞ gəmisi ilə bağlı diqqətçəkən hərbi addım
Çin ordusu ABŞ esminesinin maketini quraraq raket təlimi keçirir
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Çin ordusu Taklamakan səhrasında ABŞ-in “Arleigh Burke” tipli esminesinin maketini inşa edib. Bildirilir ki, bu maket raket qüvvələrinin ballistik raket hücumları üzrə təlimlərində istifadə olunur.
18:20 21.06.2026
Oxunuş sayı: 50