NATO: Ucuz dronlar hava hücumundan müdafiəni çətinləşdirir
NATO rəsmisi Con Strinqer bildirib ki, ucuz pilotsuz uçuş aparatlarının kütləvi istifadəsi müasir hava hücumundan müdafiə sistemlərinin effektivliyini azaldır.
Crossmedia.az UNİAN-a istinadən məlumat yayıb.
Onun sözlərinə görə, ənənəvi müdafiə modeli daha çox bahalı raketlər və qırıcı təyyarələrə əsaslandığı üçün ucuz dron hücumlarına qarşı iqtisadi baxımdan səmərəli deyil.
Strinqer qeyd edib ki, həm Ukraynadakı müharibə, həm də Yaxın Şərqdəki vəziyyət gələcək münaqişələrin daha fərqli xarakter alacağını göstərir. Bu cür müharibələrdə çoxsaylı və ucuz dronların geniş istifadəsi əsas təhlükələrdən biri olacaq.
O vurğulayıb ki, NATO ölkələri mövcud yüksək texnologiyalı silahlardan imtina etməməli, eyni zamanda daha ucuz və kütləvi istehsal oluna bilən müdafiə vasitələrini də inkişaf etdirməlidir.
20:20 21.06.2026
Oxunuş sayı: 60