ABŞ–İran qarşıdurması iqtisadi tükətmə mərhələsinə keçib
ABŞ və İran arasında davam edən qarşıdurmada yeni mərhələnin tükənmə müharibəsi xarakteri aldığı bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media yazıb.
Məlumata görə, ABŞ prezidenti Donald Trampın İranla bağlı strategiyası hərbi yolla tam nəticə əldə etməyə yönəlsə də, bu yanaşma gözlənilən nəticəni verməyib.
Analitiklərin qiymətləndirməsinə görə, İranın müqavimət imkanları ABŞ-nin çəkindirmə gücünə müəyyən təsir göstərib. Hərbi zərbələr İranın infrastrukturuna ciddi ziyan vurmasına baxmayaraq, ölkədə siyasi rejimin dəyişməsinə gətirib çıxarmayıb.
Bildirilib ki, İranın geniş coğrafiyası və strateji obyektlərinin dərin yerləşməsi qısa müddətdə tam hərbi üstünlük əldə etməyi çətinləşdirir. Bununla yanaşı, İranın asimmetrik hərbi imkanları – kiçik sürətli katerlər, sualtı pilotsuz vasitələr və yeraltı raket sistemləri onun cavab potensialını qoruyub saxlayır.
23:05 21.06.2026
Oxunuş sayı: 57