Tovuzda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Əsrik Cırdaxan kəndi ərazisində qeydə alınıb. Belə ki hərəkətdə olan avtomobil qarşısına çıxan iki baş mal-qaranı vurub. Daha sonra avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
20:36 21.06.2026
Oxunuş sayı: 45