Milyonlarla insanı qorxudan mesaj: YADPLANETLİ HÜCUMU – Biz gəldik
Braziliyada milyonlarla sakin şənbəyə keçən gecə telefonlarına gələn qeyri-adi fövqəladə xəbərdarlıq mesajları ilə təşviş yaşayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, göndərilən bildirişlərdə yaxın zamanda yadplanetlilərin Yerə hücum edəcəyi iddia olunub və ya "mizantrapiya" (insanlara nifrət) sözü yer alıb.
Mesajların bir qismi telefonlarda digər bildirişlərin üzərində görünərək yüksək səsli siqnal ilə müşayiət olunub. Bildirişlərdən birində sakinlərə "özünüzü qoruyun" çağırışı edilərək, "Diqqət: YADPLANETLİ HÜCUMU. İnsanlar, biz gəldik" ifadələri yazılıb.
Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Hazırda bu qəribə bildirişlərin texniki nasazlıq, kiberhücum və ya başqa səbəbdən göndərildiyi araşdırılır.
16:28 21.06.2026
Oxunuş sayı: 60