Krımda benzin qıtlığı böyüyür – satışlara tam qadağa qoyuldu
Krımda yanacaq böhranı dərinləşir, benzin satışı tam dayandırıldı.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Krımda yanacaqdoldurma məntəqələrində benzinin satışı tamamilə dayandırılıb. Qərara əsasən, yanacaq nə nağd, nə də nağdsız ödənişlə, həmçinin talon vasitəsilə fiziki və hüquqi şəxslərə verilməyəcək.
Rusiya tərəfindən ilhaq edilən Krımın rəhbəri Sergey Aksyonov bildirib ki, benzin yalnız dövlət xidmətlərinin istifadəsi üçün ayrılacaq.
Məhdudiyyətin bölgədə yaranan yanacaq çatışmazlığı ilə əlaqəli olduğu qeyd edilir. Bu addımın həm sakinlərə, həm də turistlərə təsir edəcəyi gözlənilir.
16:39 21.06.2026
Oxunuş sayı: 54