Adların yadda qalması niyə çətindir?
1987-ci ildə McWeeny tərəfindən aparılan təcrübələrdə iştirakçılara eyni söz göstərilib və bu söz iki fərqli şəkildə təqdim olunub: ya soyad, ya da peşə kimi.
Crossmedia.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Nəticələrə əsasən, söz “peşə” kimi təqdim edildikdə onun yadda qalma ehtimalı təxminən iki dəfə daha yüksək olub. Təcrübədə söz və üz eyni saxlanılıb, yalnız ona verilən izah dəyişib.
Araşdırma göstərir ki, “ad” kimi təqdim olunan məlumat yaddaşda daha zəif iz buraxır və çox vaxt ümumiyyətlə yadda saxlanılmır.
Mütəxəssislərin izahına görə, adların tez unudulması yaddaş zəifliyi ilə yox, məlumatın beynə ilkin mərhələdə kifayət qədər güclü şəkildə kodlanmaması ilə bağlıdır.
02:09 22.06.2026
Oxunuş sayı: 48