Tramp İranı hədələdi
ABŞ prezidenti Donald Tramp Livandakı vəziyyətlə bağlı İrana yeni hərbi zərbələrin endirilə biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Trampın sözlərinə görə, İran Livanda özünün dəstəklədiyi silahlı qüvvələrin fəaliyyətinə dərhal son qoymalıdır.
"İran dərhal elə etməlidir ki, onun nəzarətində olan və yüksək maliyyələşdirilən qüvvələr Livanda problem yaratmağı dayandırsın", – o qeyd edib.
Tramp bildirib ki, əks halda Vaşinqton vəziyyətə cavab vermək üçün əlavə addımlar ata bilər. Onun açıqlaması Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda səsləndirilib.
19:21 21.06.2026
Oxunuş sayı: 51