Tramp: Starmer vəzifəsindən istefa verəcək
ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Kiir Starmerin yaxın vaxtlarda vəzifəsindən istefa verəcəyinə əmin olduğunu bildirib.
Crossmedia.az TASS-a istinadən bildirir ki, Tramp Starmerin iki əsas istiqamətdə uğursuzluğa düçar olduğunu iddia edib.
"İmmiqrasiya və energetika sahəsində uğursuz olub. Şimal dənizini neft hasilatı üçün açın", – Tramp bildirib.
O hesab edir ki, bu sahələrdəki problemlər Starmer hökumətinin mövqeyini zəiflədib və onun siyasi gələcəyini sual altına qoyub.
19:08 21.06.2026
Oxunuş sayı: 52