Ukrayna–Polşa münasibətlərində gərginlik artır
Ukrayna və Polşa arasında yaranan diplomatik gərginlik iki ölkənin strateji münasibətlərinə mənfi təsir göstərə bilər.
Crossmedia.az UNİAN-a istinadən xəbər verir ki, mübahisənin əsas səbəbi Ukrayna Prezidenti Volodimir Zelenskinin Ukrayna Üsyançı Ordusu ilə bağlı verilən qərar və bunun ardınca Polşaya reaksiyası olub. Belə ki, bu addımlar münasibətlərdə yeni eskalasiya mərhələsi yaradıb.
Nəşr qeyd edir ki, hazırkı vəziyyət xüsusilə həssas dövrdə baş verir, çünki Polşa Ukraynaya hərbi və humanitar dəstəyin əsas tranzit ölkələrindən biridir.
21:00 21.06.2026
Oxunuş sayı: 57