Pakistan XİN: İran 60 gün ərzində Hörmüz boğazında tranzit rüsumu tətbiq etməyəcək
İran yaxın 60 gün ərzində Hörmüz boğazından keçən gəmilərdən tranzit rüsumu almayacaq.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar deyib.
Nazirin sözlərinə görə, 60 günlük müddət ərzində Hörmüz boğazında heç bir tranzit ödənişi tətbiq olunmayacaq.
O vurğulayıb ki, boğazdakı vəziyyət müharibədən əvvəlki vəziyyətə qaytarılmalıdır. İshaq Dar əlavə edib ki, Çin də Hörmüz boğazından hər iki istiqamətdə gəmilərin sərbəst və rüsumsuz keçidini dəstəkləyir.
Qeyd edək ki, bundan əvvəl ABŞ və İran nümayəndə heyətlərinin İsveçrədə Qətər və Pakistan təmsilçilərinin iştirakı ilə danışıqlara başladığı açıqlanmışdı. Bildirilir ki, tərəflər yekun razılaşmanın hazırlanması üçün texniki qruplar formalaşdırıblar.
20:00 21.06.2026
Oxunuş sayı: 60