İran şərtlər irəli sürdü Hörmüz boğazı bağlanır
İran Hörmüz boğazını blokadada saxlayacağını və bunun üçün iki əsas şərtin yerinə yetirilməsini tələb etdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi danışıqlar prosesinə yaxın mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Tehran ilk növbədə Livanda atəşkəs rejiminə əməl olunmasını, həmçinin İran neftinin satışına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasını tələb edir. Bildirilir ki, bu şərtlər yerinə yetirilənədək Hörmüz boğazının açılması məsələsində dəyişiklik gözlənilmir.
Bu gün isə İsveçrədə ABŞ və İran arasında danışıqlara start verilib. Görüşlər Pakistan və Qətərin vasitəçiliyi ilə keçirilir.
ABŞ nümayəndə heyətinə vitse-prezident Cey Di Vens, İran nümayəndə heyətinə isə parlament sədri Məhəmmədbaqir Qalibaf rəhbərlik edir.
Tərəflər arasında aparılan danışıqların regional təhlükəsizlik, enerji marşrutları və qarşılıqlı məhdudiyyətlər mövzusunda gərginliyi azaltmağa yönəldiyi bildirilir.
19:00 21.06.2026
Oxunuş sayı: 60