Qalibaf: ABŞ-nin təhdidlərini nəzərə almırıq, cavab verməyə hazırıq
İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ-nin təhdidlərinə münasibət bildirib.
Crossmedia.az-ın xarici KİV-ə istinadən əldə etdiyi məlumata görə, Qalibaf sosial şəbəkə paylaşımında qeyd edib ki, Vaşinqtonun hədələri nəticə vermir və bu siyasət ABŞ-ni hazırkı vəziyyətə gətirib çıxarıb.
O vurğulayıb ki, İran ABŞ-nin təhdidlərini ciddiyə almır və silahlı qüvvələrin hər hansı addıma fərqli və daha sərt cavab verməyə hazır olduğunu bildirib.
Qalibaf əlavə edib ki, “danışmaqdan çox iş görmək vacibdir” və İranın bu istiqamətdə mövqeyinin dəyişməz qaldığını qeyd edib.
23:25 21.06.2026
Oxunuş sayı: 65