Netanyahu: İsrail təhlükəsizlik və maraqlarından geri çəkilməyəcək
İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin milli maraqlarından və təhlükəsizlik siyasətindən geri addım atmayacağını bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Netanyahu bildirib ki, İsrail həyati əhəmiyyət daşıyan maraqlarını qətiyyətlə qoruyur və əldə edilmiş nəticələrdən imtina etməyi planlaşdırmır. Onun sözlərinə görə, İsrail ordusu Livanın cənubunda yaradılmış “təhlükəsizlik zonasında” vətəndaşların müdafiəsi üçün nə qədər lazım olarsa, o müddət ərzində qalacaq.
Baş nazir həmçinin İranla bağlı mövqeyini də açıqlayıb. O qeyd edib ki, Tehranla bağlı siyasi proseslər necə inkişaf etməsindən asılı olmayaraq, İranın nüvə silahı əldə etməsinə icazə verilməyəcək.
Netanyahu vurğulayıb ki, onun baş nazir olduğu müddətdə İranın nüvə silahına sahib olması mümkün olmayacaq.
22:45 21.06.2026
Oxunuş sayı: 66