İran komandası Minab qurbanlarının xatirəsini andı
İran milli futbol komandasının üzvləri Minab şəhərində hava hücumu qurbanlarının xatirəsinə ucaldılmış “Minab 168” memorialını ziyarət ediblər.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfirliyinin yaydığı fotolarda əks olunub. Məlumata görə, futbolçuların memorial önündəki ziyarəti ABŞ-da keçirilən FİFA Dünya Kuboku zamanı geniş rezonans doğurub. Hadisə beynəlxalq media və siyasi dairələrdə də müzakirə mövzusuna çevrilib.
Qeyd edək ki, “Minab 168” memorialı 28 fevral 2026-cı ildə İranın Minab şəhərində yerləşən “Şəcərəyi-Tayyibə” qız ibtidai məktəbinə edilən hava hücumu nəticəsində həlak olmuş 168 şagird və müəllimin xatirəsinə həsr olunub.
İran millisinin bu addımı qurbanların xatirəsinə ehtiram əlaməti kimi qiymətləndirilir.
16:17 13.06.2026
Oxunuş sayı: 55