Rusiya Paşinyanı təbrik etməyəcək?
Rusiya Ermənistanın parlament seçkilərinin nəticələrini yalnız qeydə almaqla kifayətlənə və Baş nazir Nikol Paşinyanı seçki qələbəsi münasibətilə rəsmi şəkildə təbrik etməyə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Məlumata görə, Moskva bu addımla Paşinyanın Rusiyaya qarşı son dövrlərdə həyata keçirdiyi siyasətə münasibətini nümayiş etdirə bilər. Bildirilir ki, Rusiya rəhbərliyi seçkilərin nəticələrini sadəcə təsdiqləməklə kifayətlənərək rəsmi təbrikdən imtina edə bilər.
Eyni zamanda qeyd olunur ki, Ermənistanda seçkilərin qiymətləndirilməsi, o cümlədən səsvermə zamanı mümkün pozuntularla bağlı iddialar da Moskvanın mövqeyinə təsir edə biləcək amillər kimi göstərilir.
16:05 13.06.2026
Oxunuş sayı: 57