Ukrayna Kramatorskdakı zavodları təxliyə etməyə başlayıb
Ukrayna hakimiyyəti Rusiya ordusunun Kramatorska yaxınlaşması fonunda şəhərdə fəaliyyət göstərən bəzi sənaye müəssisələrinin ölkənin qərb bölgələrinə köçürülməsinə başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə The Ekonomist məlumat yayıb.
Nəşrin yazdığına görə, Kramatorsk hazırda cəbhə xəttindən təxminən 14 kilometr məsafədə yerləşir və şəhərdə vəziyyətlə bağlı nikbinlik azdır.
Məlumata əsasən, müəssisələr əsasən Ukraynanın Zakarpatya vilayətinin Pereçin şəhərinə köçürülür. Bildirilir ki, indiyədək 3,5 minə yaxın işçi də ölkənin qərb hissəsinə təxliyə olunub.
23:27 11.06.2026
Oxunuş sayı: 77