İran: ABŞ ölkəmizə qarşı təcavüz həyata keçirib
İran Xarici İşlər Nazirliyi ABŞ-ni ölkənin cənub bölgələrinə zərbələr endirməkdə ittiham edən bəyanat yayıb.
Crossmedia.az xəbər verir ki, bəyanatda Vaşinqtonun hərəkətlərinin beynəlxalq hüququn və İranın suverenliyinin pozulması olduğu iddia edilib.
Tehranın açıqlamasına görə, ABŞ-nin hücumlarına cavab olaraq İran silahlı qüvvələri regiondakı Amerika hədəflərinə zərbələr endirib. İran tərəfi bu addımların özünümüdafiə hüququ çərçivəsində atıldığını vurğulayıb.
Bəyanatda region ölkələrinə də müraciət olunaraq onların ərazilərinin və infrastrukturunun ABŞ və İsrail tərəfindən İrana qarşı əməliyyatlar üçün istifadəsinə icazə verməməsi istənilib.
İran həmçinin BMT Təhlükəsizlik Şurasını münaqişənin gərginləşməsinə görə məsul hesab etdiyi tərəflərlə bağlı tədbir görməyə çağırıb.
12:54 10.06.2026
Oxunuş sayı: 51