Yaxın Şərqdə gərginlik artır: İran ABŞ bazalarını hədəfə aldı
İran hərbi qüvvələrinin ABŞ-nin Yaxın Şərqdə yerləşən hərbi mövqelərinə dron və raket zərbələri endirdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın “Press TV” telekanalı məlumat yayıb.
Məlumata görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Bəhreyndə yerləşən ABŞ-nin 5-ci Donanmasının mövqelərinə pilotsuz uçuş aparatları ilə hücum həyata keçirib.
Bildirilir ki, “düşmən addımlarına cavab olaraq” yerli vaxtla saat 02:30 radələrində Bəhreyndəki hədəflərə zərbələr endirilib.
SEPAH həmçinin bölgədə yerləşən bir neçə ABŞ hərbi bazasının hədəfə alındığını açıqlayıb. İddialara görə, İordaniya ərazisində yerləşən Əz-Zübeyd bölgəsindəki komandanlıq və idarəetmə mərkəzi də vurulub.
Məsələ ilə bağlı ABŞ tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
13:22 10.06.2026
Oxunuş sayı: 49