Azərbaycan və Çin universitetləri arasında əməkdaşlıq genişlənir
Elm və təhsil nazirinin müavini Həsən Həsənli Çin Xalq Respublikasının Sian Şiyou Universitetinin nümayəndə heyəti ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Görüş zamanı tərəflər arasında cari əməkdaşlıq və gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər müzakirə olunub. Xüsusilə Sian Şiyou Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, tələbə və elmi-akademik heyətin qarşılıqlı mübadiləsi, eləcə də birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
14:08 10.06.2026
Oxunuş sayı: 32